logo

Vebsayt hazırlanması 2025: Qiymət, Proses, Texnologiyalar və SEO bələdçisi | SaytPro

1 Sentyabr 2025
Paylaş:
Vebsayt hazırlanması 2025: Qiymət, Proses, Texnologiyalar və SEO bələdçisi | SaytPro

Vebsayt hazırlanması 2025: tam bələdçi (Bakı & Azərbaycan üçün)

SaytPro olaraq məqsədimiz yalnız sayt hazırlamaq deyil, satış və lead yaradan, SEO‑dostu və sürətli veb həll təqdim etməkdir. Bu bələdçidə 2025-ci ildə Azərbaycanda vebsayt hazırlanması prosesini, qiymətləri, uyğun texnologiyaları və SEO tələblərini ən pratik dillə izah edirik.

Vebsayt hazırlanması prosesi

Vebsayt hazırlanması prosesində proses əvvəlində də sonrasında da diqqət edilməsi lazım olan birçox nüans var . Bu sahəyə biraz uzaqsınızsa terminlər, anlayışlar və bir sürü başa düşməkdə çətinlik çəkdiyiniz şey olması çox normaldır. Amma bu işi Sayt Pro kimi mütəxəssislərdən ibarət bir komandaya verib işinizi yüngülləşdirə bilərsiniz.

Aşağıda vebsayt hazırlanması prosesini qısa şəkildə izah edirik. Prosesin əvvəlində

  • Biznes məqsədləri və hədəf auditoriya (B2B/B2C, yerli/ixrac).
  • Sayt tipi (korporativ, landing, e‑ticarət, LMS, çoxdilli, blog).
  • Səhifə sayı və informasiya arxitekturası (sitemap, URL‑struktur, breadcrumb).
  • Funksionallıqlar: rezervasiya, kalkulyator, axtarış/filtrlər, blog, formalar, chatbot/ManyChat/WhatsApp.
  • İn­teq­ra­si­yalar: CRM (HubSpot/Pipedrive), ERP, kuryer, ödəniş qapıları (Epoint/3D Secure), e‑gov/API.
  • Dizayn səviyyəsi: hazır şablon vs. Figma custom, motion/mikro‑animasiya, 3D.
  • Kontent: mövcud materialların köçürülməsi vs. yeni copywriting, foto/video; lokalizasiya (AZ/EN/RU/TR).
  • SEO həcm və dərinlik: ilkin On‑page vs. geniş kampaniya, açar söz strategiyası, silolar/clusterlər.
  • Texniki baza: hosting/VPS, domen, SSL, CDN (Cloudflare), e‑poçt və inteqrasiyalar.
  • Büdcə aralığı və ödəniş planı (hissəli/hybrid).

Vebsayt Hazırlanması və vebsayt sifarişi zamanı qiymət faktoru.

Hər bir proyekt individual olaraq planlanır və ehtiyacları, iş prosesi , strategiyası, istifadə olunacaq texnologiyalar və s. baxımından olduqca fərqli ola bilir. Buna görə də vebsayt hazırlanması zamanı demək olar ki çox zaman hazır bir qiymət demək olmur. Ən azından layihənin miqyasını, funksionallıqlarını və lazımi funksionallıqları ətraflı müzakirə etmək lazım olur. Biz Saytpro olaraq vebsayt hazırlanması zamanı vebsayt qiymətlərində hansı amillərin vacib rol oynadığını qeyd edirik.

Qiyməti yüksəldən amillər

  • Çoxdillilik (≥3 dil) və lokalizasiya dərinliyi.
  • E‑ticarət funksionallıqlarının olması (səbət, seçilmişlər , qeydiyyat və s.)
  • Online ödəmə sistemi inteqrasiyası.
  • Hər hansı custom funksionallıqlar.
  • Yüksək trafik və şkalalanma tələbləri.
  • Orijinal copywriting, foto/video prodüksiyası.

2025-də müasir vebsaytı fərqləndirən 6 meyar

Yaşadığımız gerçəklik artıq fizikidən daha çox virtual gerçəklik olmağa başlayır və artıq necə ki fiziki dükkanımızı təmiz funksional və qonaqları qəbul etməyə hazır tuturduqsa indi eyni ehtiyacın virtual variantını etməliyik. Vebsaytınıza gələn qonaqlar həm də sizin potensial müştərilərinizdir çünkü. Virtual mağaza\ Vitrininizi digərlərindən fərqləndirmək üçün sizə 8 əsas meyarı topladıq.

  • Sürət
  • SEO‑struktur – düzgün H1‑H3, daxili link şəbəkəsi, təmiz URL.
  • Mobil dostu dizayn
  • Dinamik kontent
  • Fərqli və performanslı animasiyalar
  • Lokal uyğunluq (dil seçimi)

Tez-tez verilən suallar (FAQ)

  • Vebsayt hazırlamaq nə qədər çəkir? Layihənin tipinə görə 2–8 həftə. Korporativ saytlar adətən 2–4 həftə, e‑ticarət 4–8 həftə.
  • Qiymətə nələr daxildir? Planlama, dizayn, inkişaf, ilkin SEO setup, SSL, analitika, 2 aylıq dəstək.
  • Sonradan özüm redaktə edə bilərəm? Bəli. Admin Panel ilə mətn, şəkil, menyu və bölmələri rahat redaktə edirsiniz.
  • Mövcud saytı yeni stack‑a köçürmək olur? Bəli. Migrasiya planı ilə SEO itkilərinin qarşısını alaraq köçürürük.